08 dekabr 2025
6
Sahibkar gömrükdə ÖZÜNÜ YANDIRMAQ istədi - BU NƏDİ BELƏ?
Azərbaycan və Qazaxıstan arasında karqo daşımaları ilə məşğul olan şirkətlər son günlər Qazaxıstan gömrüyündə yaranan yeni maneələrdən narahatdır. Sahibkarın verdiyi məlumata görə, gömrük-keçid məntəqələrində tətbiq edilən əlavə yoxlamalar və artan rüsumlar logistika prosesini ciddi şəkildə ləngidir.
İnfo Plyus TV-yə danışan Cəlal Ələddinoğlu bildirir ki, karqo sahəsində fəaliyyət göstərən Samir Aslanov ehtiyat hissələrinin Azərbaycana göndərilməsi zamanı gömrük prosedurlarının əsassız şəkildə uzadıldığını deyib. Onun sözlərinə görə, Qazax gömrüyündə yaranan süni gecikmələr sahibkarların fəaliyyətinə birbaşa təsir edir və işin normal gedişatını pozur. Daşıma şirkətləri qiymət artımının və sərtləşdirilmiş nəzarətin çatdırılmaların vaxtında yerinə yetirilməsinə mane olduğunu, bunun isə biznes proseslərində gecikmələrə və müştərilərin narazılığına səbəb olduğunu vurğulayırlar. Sahibkarlar problemin operativ şəkildə həllini və iki ölkə arasında ticari-logistika əlaqələrinin əvvəlki sürətinə qayıtmasını gözləyirlər.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... -Sahibkarlar nə təklif edir?

Prezidentin islahatlarına kölgə salan sahibkarları əzməyə çalışan Gömrük OLİQARX rəhbərləri... -Bakı Baş Gömrük İdarəsində Sahibkarlara Qarşı Qanunsuz Təzyiqlər və Məmur Özbaşınalığı/VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu