08 dekabr 2025
6

 Agentlik Ağdaşda biri 68 min manatdan 47 mənzil alır


 Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Ağdaş rayonunda 47 ədəd mənzil alacaq.
Yeniavaz.com
xəbər verir ki, Agentlik “Hünər-İnşaat” firmasından (VÖEN – 1500271551) Ağdaş rayonunda 20 ədəd ikiotaqlı, 27 ədəd üçtaqlı mənzil satın alacaq və qarşılığında 3 milyon 186 min 650 manat ödəyəcək.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Sosial Xidmətlər Agentliyi Ağdaş rayonunda bir mənzil üçün orta hesabla 67 min 800 manat xərcləyəcək.