04 dekabr 2025
16
Neft emalı zavodunda YENİ İXTİSAR DALĞASI - qadın işçilər ÇƏTİN DURUMDA
"SOCAR "sağlamlaşdırma siyasətini" reallaşdırılması üçün Neft Emalı zavodunda "imtahan"lara ( 50+ yaşlı işdənçıxma ərizəsi yazmayan qadınlar) start verilir". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının NHMT sədri Mirvari Qəhrəmanlı yaşı 50-nin üstündə olan qadın işçilərin ixtisara salınacağı və bu yöndə artıq ilkin addımın atıldığını vurğulayıb. NHMT sədri qeyd edib ki, qadın işçilərin işdən çıxarılması üçün onların imtahana çəkilməsi planlaşdırılır.Zavoddan xanım işçilərdən birinə istinadla NHMT sədri qeyd edir:
"Dünən (srağagün) neft emalı zavodunda bizə (laborantlara) imtahan sualları verib dedilər ki, imtahana hazırlaşın. İmtahanlar 9,10,11 dekabr tarixlərində Baş ofisdə olacaq. Birinci laborantlar üçün olacaq. İmtahan 28 mövzu üzrə olacaq. Dedilər ki, az xal toplasanız sizinlə xudafizləşəcəklər. Sonu necə bitəcək; Baş ofisdə bilinəcək. Laboratoriyada dünəndən hamı pis günə düşüb. Hamı stres yaşayır, çox bərbad, acınacaqlı vəziyyətdəyik".
"Hamının krediti... borcu var. Bizə kim kömək edə bilər?" deyə müraciətini yekunlaşdıran işçilər NHMT sədrindən kömək istəyir: "Sizdən kömək istəyirik... Biz nə edək? 50 yaşdan sonra küçəyə atmaq istəyirlər bizi..."
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR

Bu gün imtahan var
SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"

Prezident əfv sərəncamı imzaladı – SİYAHI