04 dekabr 2025
15
Bu ərazi 6 saat işıqsız qalacaq

Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
YeniMeydan.info xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində bu gün elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək:
“Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 May küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Bu gün Buzovna, Binə və Xırdalanda 6 saat işıq olmayacaq

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ