29 noyabr 2025
21
Bayraq Meydanında “Mustang”la avtoşluq edən biznesmen həbs edildi
Bakıda avtoxuliqanlıq edən iş adamı həbs olunub.Yenimeydan Lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Səbail rayonu, Bayraq Meydanında qeydə alınıb.
Paytaxtda şirkətlərdən birinin direktoru olan 37 yaşlı Samir Muradov (adı və soyadı şərtidir) özünə məxsus “Ford Mustang” avtomobili ilə avtoxuliqanlıq edib. Bu zaman xidmətdə olan yol polisi əməkdaşları ona yaxınlaşaraq, irad bildiriblər. Törətdiyi pozuntu ilə bağlı ona protokol tərtib olunduğu zaman isə sürücü avtomobildən düşərək qaçıb.
Maşın duracağa yerləşdirilib. Törətdiyi yol hərəkəti qaydasının pozuntusuna görə Samir Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.2.3-cü (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam

Prezident əfv sərəncamı imzaladı – SİYAHI