26 noyabr 2025
40
AYNA məhəllə və həyətləri də pullu parkingə çevirir – Video
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) indi də məhəllə və həyətlərdə pullu parking yerləri salır.Tribuna xəbər verir ki, bu barədə sakinlərdən biri video paylaşıb. Məlum videodan aydın olur ki, AYNA əməkdaşı yaşayış binasının yanını parking üçün xətləyir.
Sakin haqlı etirazında bildirir ki, yaşayış yerinə yaxın ərazilərin, məhəllələrin parklanma yeri kimi xətlənməsi doğru deyil:
“AYNA indi də gəlib həyətin içini xətləyir. Belə icazə var ki, məhəllələrdə, həyətlərdə pullu dayanacaq üçün yerləri xətləsin? Bu nə qədər düzgündür? Camaat həyətində də pulla maşın saxlayacaq”
AYNA-nın məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul
Oxşar Xəbərlər:

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

“Expressbank” saxta reklamla insanları tora salır?