03 aprel 2025
22

“Damla Mebel”in rəhbərinə “stop” qoyuldu – Borcu 3.5 milyonu ötdü

“Damla Mebel”in rəhbərinə “stop” qoyuldu – Borcu 3.5 milyonu ötdü
Bakıda məşhur mebel şirkətinin rəhbərinin milyonlarla borca görə öğlkədən çıxışı məhdudlaşdırılıb.

Valyuta.az-ın məlumatına görə, “Damla Mebel” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3504320.12 AZN vergi borcu yaranıb.

Şirkətin son 3 ayda vergi borcu 100 min manatdan çox artıb.

“Damla Mebel” MMC-nin baş direktoru Rəşadət Cavadov Ədalət oğlunun ölkədən çıxışı məhdudlaşdırılıb.