06 mart 2025
14
"Laser Beauty Estetik"lə nazirlik də bacarmadı

Yenimeydan.info Oxu.az-a istinadla xəbər verir ki, hazırda "Laser Beauty Estetik" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialında kosmetoloji prosedurlar üçün qəbul həyata keçirilir.
Xatırladaq ki, bir müddət öncə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən "Lazer Beauty Klinikası"nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən, cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilmişdi. Bundan sonra klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilmişdi.
İqtisadiyyat Nazirliyinin isə dünən verdiyi məlumata görə, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən "Laser Beauty Estetik" klinikasının fəaliyyəti dayandırılıb və filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

Oxşar Xəbərlər:

Məmurlara telefon çırpan Rəna Sultanovanın klinikasının lisenziyası LƏĞV OLUNDU – RƏSMİ

Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO

Tibbi təhsili olmayan Dr.kosmetoloq Fərqanə Əhmədova necə fəaliyyət göstərib?-FOTOLAR

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI