03 fevral 2025
30
Tramp: ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton insan haqlarının pozulması iddiası ilə bağlı təhqiqat aparılana qədər Cənubi Afrika Respublikasına (CAR) bütün maliyyə yardımını dayandıracaq.
Yenimeydan.info xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.
"Cənubi Afrika Respublikasında torpaqlar müsadirə olunur və müəyyən təbəqələrə qarşı çox pis rəftar edirlər. Radikal sol medianın dilə gətirmək belə istəmədiyi iyrənc bir vəziyyətdir", - o yazıb.
"Ən azı, insan haqlarının kütləvi pozuntuları göz qabağındadır. Birləşmiş Ştatlar buna dözməyəcək, biz hərəkətə keçəcəyik. Bundan əlavə, mən bu vəziyyətin tam təhqiqatı başa çatana qədər Cənubi Afrika Respublikasına gələcəkdə bütün maliyyələşdirməni dayandıracağam", - Tramp fikirlərini yekunlaşdırıb.

Oxşar Xəbərlər:

Tramp-Xamenei dialoqu alınacaqmı? -Vaşinqtonun jesti, Tehranın mesajı bu ehtimalı yüksəldir

Ankara-Vaşinqton münasibətlərində “yaşıl işıq” -Baydendən gethagetdə Ərdoğana jestin səbəbi...

Tarixi qərarsızlıq və müsbət gözləntilər -Təqaüdə bir addım qaldı

Türkiyə bu qitədə güclənir: Xaricdəki ən böyük bazası…

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat