13 fevral 2025
112
Rutte Putinə xəbərdarlıq edib:“Cavab sarsıdıcı olacaq”

“Rusiya NATO ərazisini işğal etməyə cəhd edərsə, cavab olaraq sarsıdıcı zərbə alacaq. Alyans üzvləri müdafiə xərclərini artırmalıdırlar”. Bu sözləri NATO-nun baş katibi Mark Rutte bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Əgər Putin NATO-ya hücum edəcəksə, cavab sarsıdıcı olacaq. Cavab sadəcə dağıdıcı olacaq. Biz NATO-nun müdafiə potensialının nə qədər güclü olduğunu bilirik”, - deyə o bildirib.
Eyni zamanda, Rutte etiraf edib ki, Rusiya hərbi sənayesinin hazırkı məhsuldarlıq tempi ilə 4-5 il ərzində öz qüvvələrini əhəmiyyətli dərəcədə artıra bilər: “Ona görə də Alyans buna hazır olmalı və üç məqama diqqət yetirməlidir. Ukraynaya dəstək, müdafiə xərclərini artırmaq və müdafiə sənayesini inkişaf etdirmək. O, nüvə arsenalını fəal şəkildə artıran və donanmasını inkişaf etdirən Çini də xatırladıb. Bu ölkələr eyni ruhda davam etsələr, Qərbin hazırda həyata keçirdiyi tədbirləri xeyli ötəcək”.
“Biz bunu unutmamalıyıq. İlk növbədə müdafiəyə daha çox pul xərcləməliyik. Ukraynaya daha çox kömək etməliyik. Lazım gələrsə, özümüzü müdafiə etməyi bacarmalıyıq”, - Rutte əlavə edib.
Oxşar Xəbərlər:

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Ərdoğan Qərbə baxır. Putin neyləyəcək - GƏLİŞMƏ