01 fevral 2025
120
Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.Yenimeydan.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi "X" hesabında məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.
Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.
Oxşar Xəbərlər:
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri - İNCƏLƏMƏ
Bu icra başçıları da İŞDƏN ÇIXARILACAQ - Sırada ONLARDIR!
Ərdoğan Qərbə baxır. Putin neyləyəcək - GƏLİŞMƏ

Prezidentin xüsusi nümayəndəsinin vəzifələri nə olacaq? - PA-da yenilik