13 yanvar 2025
11
Onlayn qumar təşkil edənlərin qarşısını necə almaq olar? (VİDEO)
Əvvəlcə depozit ödəniş tələb edilir, bank hesabı, kartı nömrəsi göndərilir. Minimum 5 manat ödədikdən sonra qarşı tərəf, müraciət edən şəxsin əvəzinə mərc oyunu oynayır. Yenimeydan.info Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət artıq açıq şəkildə reklam və təklif edilən qumar, loto, mərc oyunlarından gedir.
Qanunla qadağan olan işin dırnaqarası biznesini quranlar bu oyunları sosial şəbəkələrdəki səhifələrdə paylaşır, müraciət üçün öz nömrələrini yerləşdirməkdən belə çəkinmirlər.
Təəssüf ki, belə şəxslərin tələsinə düşənlər də az deyil.
Qeyd edək ki, mərc oyunu üzərindən qazanılan məbləği göndrmək adı ilə vətəndaşlardan bank kartı məlumatları da tələb edilir. Belə olan halda həm də kiberdələduzluq halları baş verə bilir.
Daxili İşlər Nazirliyindən (DİN) “Xəzər Xəbər”ə verilən məlumata görə, quruma sözegedən hallarla bağlı daxil olan hər bir müraciət araşdırılır.
Hüquq-mühafizə orqanları bir daha vətəndaşlara qanunsuz mərc, loto və digər qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyi tövsiyə edir.
Ətraflı süjetdə:

Oxşar Xəbərlər:
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Qumar oyunlarına görə “Topaz” məntəqələrinin sahibləri həbs edildi
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
155 milyon depoziti olan Azərbaycan bankı 3 ildir ki – ƏMANƏTÇİLƏRİNƏ FAİZ ÖDƏMİR