20 sentyabr 2024
49

ETSN nəinki susur... hətta HİMAYƏ EDİR!

 


Eldəniz Əbdürrəhmanov aia.az-a budəfəki müraciətində bildirir ki, Gəncədə yaşıllığın qənimi kimi tanınan ETSN-in 10 saylı Regional İdarəsnin rəisi Azər Quliyevə nazirliyin hüquq şöbəsinin rəisi Aynurə Kərimova havadarlıq edir. Eldəniz bəy də istəyir ki, İstəyir ki, nazir Muxtar Babayev bunu bilsin və əncam çəksin.
Eldəniz Əbdürrəhmanov ikinci videomüraciətində Atabəylər prospektində kəsilən və bilərəkdən qurudulan ağaclarn taleyindən danışır, Ulu öndər Heydər Əliyevin “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir" müdrik kəlamını bir daha nəzərə çatdırır. Həmçinin bildirir ki, hörmətli Mehriban xanım, Leyla xanım təbiətin qorunması, yaşıllıqların artırılması üçün çox böyük tədbirlər həyata keçirdiyi halda, Azər Quluyev və ona dəstək verən, himayədarlıq edənlər bunların tam əksinə işlər görür. Ölkəmizdə keçiriləcək "COP29" ərəfəsində Gəncə şəhərində ağacların kütləvi surətdə məhv edilməsinə göz yumur, məhv edilən yaşıllığın yerində ticarət obyektləri, avtodayanacaqlar, yaşayış binaları tikilir.
Gəncə şəhər sakini Eldəniz Əbdürəhmanov şəhərdə məhv edilmiş yaşıllıqlar barədə video görüntülər paylaşsa da, Azər Quliyev tərəfindən bu günə kimi yaşıllıqların məhv edilməsi ilə bağlı heç bir qanuni tədbir görülməyib və ictimaiyyətə bu barədə ətraflı məlumat verilməyib. Azər Quliyevin yaşıllıqların məhvinə göz yumması, heç bir tədbir görməməsi onun şəxsi marağından xəbər verir.

Eldəniz Əbdürəhmanov redaksiyamıza ağacların məhv edilməsi ilə bağlı yeni videogörüntü göndərmiş və bildirmişdir ki, o, bu barədə dəfələrlə 10 saylı Ərazi İdarəsinin rəisi Azər Quliyevə məlumat versə də, Azər Quliyev onu hədələmiş, belə paylaşımlar edəcəyi təqdirdə həbs etdirəcəyini bildirmişdir. Onun sözlərinə görə Azər Quliyev deyir ki, "mənim arxamda nazirliyin hüquq şöbəsinin rəisi Aynurə Kərimova durur, məndən nə qədər şikayət etsən də Aynurə xanım məni müdafiə edəcək, nazir Muxtar Babayevin məni cəzalandırmasına imkan verməyəcək.
Qeyd edək ki, Gəncə şəhər sakini Eldəniz Abdurəhmanov dəfələrlə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə Azər Quliyevin qanunsuz əməlləri barədə şikayət edib. Lakin bu günə kimi Azər Quliyev barəsində heç bir tədbir görülməyib. Onun bildirdiyinə görə, Gəncə şəhərində yerləşən "Vis Palm" hotelin qarşısından 4 ədəd böyük ağac qanunsuz kəsilmiş, bundan başqa Gəncə şəhərində yerləşən Zərifə Əliyeva adına Göz xəstəxanasının qarşısından 25 ədəd ağac məhv edilərək yerləri betonlanmış, həmin ərazidə avtodayanacaq salınmışdır.
İndi isə Eldəniz Abdurəhmanovun yeni video müraciətini təqdim edirik.

Hurriyyet.az