19 avqust 2024
57

Bu ərazidə güclü zəlzələ baş verdi


Filippin adalarında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
Yeraltı təkanların episentri təxminən 47,4 min nəfərin yaşadığı Şimali Samar əyalətinin paytaxtı Katarman şəhərindən 31 km şimal-şərqdə, ocağı isə 37 km dərinlikdə yerləşir.
 
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
 
Report