02 avqust 2024
177

Ərdoğan Baydenlə telefon danışığı apardı

erdogan-baydenle-telefon-danisigi-apardi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 1-də ABŞ lideri Co Baydenlə telefonla danışıb.
Yenimeydan.info     xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, Qəzza problemi, Türkiyədə girov mübadiləsi, eləcə də regional və qlobal problemlər müzakirə edilib.
Prezident Ərdoğan HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin Qəzzada atəşkəs səylərinə ağır zərbə vurduğunu bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, ölkəsi bütün sahələrdə Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşdırılması üçün əlindən gələni edir və bunu etməyə davam edəcək.
ABŞ lideri ona girov mübadiləsinin problemsiz baş tutması üçün göstərdiyi səylərə görə təşəkkür edib.