09 iyul 2024
90

Vətəndaşı təhqir edən TƏBİB məhkəməyə verildi – Detallar

       Vətəndaşın şərəf və ləyaqətini təhqir etmə ittihamı ilə TƏBİB-lə bağlı iş başladılıb.Tribunainfo.az xəbər verir ki, iddiaçı İskəndərli Mehdi Nəsir oğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Mirzəlili Leyla Mirsahib qızı ilə bağlı məhkəməyə müraciət edib. İşin mahiyyəti şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi üzrədir.
İddiaçı həmçinin TƏBİB-in ona vurduğu maddi və mənəvi zərərin ödənilməsini də tələb edir.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 6 avqust tarixində hakim Rafael Eyvazovun sədrliyi ilə işə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq
Nigar