18 dekabr 2023
533

SUMQAYITIN MƏRKƏZİ KÜÇƏSİ ZİBİLLİYƏ ÇEVRİLİB – FOTO


Sumqayıtın mərkəzi küçəsi zibil poliqonuna çevrilib.

Tribunainfo.az-a yazan sakinlər bildirib ki, Sumqayıtın Sülh küçəsi hər gün zibillik içində olur. Xüsusilə axşam saatlarında yol, səki zibillə dolur. Buna səbəb isə zibil qutularının sayının kifayət qədər olmaması və zibil konteynerlərinin vaxtı-vaxtında boşaldılmamasıdır.

Sakinlər bildirir ki, axşam biabırçı vəziyyət yaşanır. Sakinlərin aidiyyəti qurumlara etdikləri müraciətlər də bu vaxta qədər cavabsız qalıb.