24 mart 2024
29

Abşeronda içərisində 3 avtomobil olan anbar yandı

abseronda-icerisinde-3-avtomobil-olan-anbar-yandi

Abşeron rayonunda ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində “Ford” markalı yük avtomobili, “Toyota” və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb.Mediatv.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bitişik sex yanğından mühəfizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.