16 fevral 2024
44

Paşinyan Almaniyaya yola düşüb

       Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Almaniyanın Münhen şəhərinə yola düşüb.APA xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.
Paşinyan 16-18 fevral tarixlərində Almaniyada səfərdə olacaq, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, həmçinin bir sıra xarici ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.