04 noyabr 2023
1 914

Bakıdan Ağstafaya gecə qatarı açılır


bakidan-agstafaya-gece-qatari-acilir


Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Yenimeydan.info-ya  verilən məlumata görə, sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.Belə ki, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.
Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.
Sərnişinlər biletləri ady.az-dan və kassalardan əldə edə bilərlər.