18 oktyabr 2023
116

Sülhməramlıların Qarabağda işi budur: DYP-yə kömək edir

   19-20 sentyabrda Azərbaycan Ordusunun lokal antiterror tədbirlərindən sonra heç bir zərurət olmadığından 8 müşahidə, 16 müvəqqəti məntəqəsini bağlayan sülhməramlılar hazırda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə məşğul olmaq qərarına gəliblər.
Yenimeydan.info Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin günlük bülletenində bildirilib.
Qeyd edilib ki, sülhməramlılar Qarabağda “nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə” yollar boyu 13 nəzarət-buraxılış məntəqəsi yaradılıb. Bu məntəqələrin 8-i Azərbaycan yol polisi ilə birgə fəaliyyət göstərir.