12 sentyabr 2023
330

Tokayev: “Qazaxıstan və Türkiyə arasında əməkdaşlığın gücləndirilməsi üçün böyük perspektiv var”

Tokayev: “Qazaxıstan və Türkiyə arasında əməkdaşlığın gücləndirilməsi üçün böyük perspektiv var”
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü zamanı iki ölkə arasında qarşılıqlı əlaqələrin artırılmasının böyük perspektivlərə malik olduğunu bildirib.

“Qardaş ölkələrimiz arasında əlaqələr genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Türkiyə Qazaxıstanın dörd aparıcı ticarət tərəfdaşından biridir. Ötən il ikitərəfli ticarət dövriyyəsi 54% artaraq 6,3 milyard dollara çatıb. Biz bu rəqəmi 10-a çatdırmaq barədə razılığa gəldik”, - deyə Tokayev deyib.

O qeyd edib ki, iki ölkə arasında investisiya əməkdaşlığı dinamik inkişaf edir. “Türkiyə Qazaxıstanın 10 ən böyük sərmayədarından biridir. Hazırda ümumi dəyəri 2,8 milyard dollardan çox olan 36 layihə üzərində iş gedir. Hesab edirik ki, iki ölkə arasında əməkdaşlığın böyük perspektivləri var”, - deyə Qazaxıstan prezidenti vurğulayıb.

Hakan Fidan qeyd edib ki, Türkiyə tərəfi iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən regional və beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı fəaliyyəti yeni səviyyəyə çıxarmaq üçün hər cür səy göstərmək niyyətindədir.

Mənbə: TASS