31 avqust 2023
313

Bədəl Bədəlov vətəndaşların `xeyir-şər evi` yerini zəbt edib - ÖZBAŞINALIQ!

 

 "Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlov Suraxanı rayonunun Yeni Suraxanı ərazisində - “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazini zəbt edib, burada qanunsuz tikinti işləri həyata keçirir. Sözügedən ərazidə özü üçün nəhəng ticarət mərkəzi inşa edən Bədəl Bədəlov nəinki vətəndaşların etirazına məhl qoymur, özünü külli-ixtiyar sahibi kimi aparır". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

"Bədəl Bədəlov nümayişkəranə şəkildə bildirir ki, o, heç kimdən və heç nədən çəkinmir" deyə iddia olunan müraciətdə daha sonra qeyd olunur:

"Yeni Surxanı ərazisində xeyir-şər yeri ilə bağlı ciddi problem mövcuddur. Əhalinin sıx məskunlaşdığı rayonumuzda xeyir-şər yeri tapmaq sözün həqiqi mənasında müşkülə dönüb. Bu səbəbdən də rayon sakinləri hazırda Bədəl Bədəlovun böyük inşaat işi apardığı məkanda müvafiq dövlət qurumlarının dəstəyi ilə xeyir-şər yeri tikmək niyyətində idi. Vətəndaşlar bununla bağlı istək və tələblərini Suraxanı Rayon İcra Hakimiyyətinin də nəzərinə çatdırmışdı. Lakin bir neçə gün öncə məlum olub ki, Bədəl Bədəlov bu ərazini də zəbt edib və burada qeyri-yaşayış obyekti ucaldır. Görünür Bədəl Bədəlov hesab edir ki, gəliri bir qədər də artsın deyə, minlərlə vətəndaşı xeyir-şər yerisiz qoymaq olar.

Sizdən xahiş edirik ki, problemin işıqlandırılmasına, əlaqədar qurumalrın diqətinə çatdırılmasına köməklik göstərəsiniz. Tələbimiz tikintinin sökülməsi, həmin ərazidə xeyir-şər yerinin inşa edilməsidir. Əraziyə baxış keçirsəniz, Bədəl Bədəlovun “işğal faktı” ilə tanış ola bilərsiniz".


Bədəl Bədəlov vətəndaşların `xeyir-şər evi` yerini zəbt edib
Bədəl Bədəlov vətəndaşların `xeyir-şər evi` yerini zəbt edib
Bədəl Bədəlov vətəndaşların `xeyir-şər evi` yerini zəbt edib
Bədəl Bədəlov vətəndaşların `xeyir-şər evi` yerini zəbt edib

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...