17 avqust 2023
155
AQTA-nın da öz TENDER KRALI var...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Dövlət Satınalmaları haqqında” Qanunu pozub. Bu sözləri iqtisadçı Allahverdi Aydın bildirib. Onun sözlərinə görə, son 3 ildə AQTA-nın keçirdiyi və ümumi dəyəri 600 min manata yaxın olan 6 tenderin qalibi “Duohıve” MMC (VÖEN – 1503672811) adlı şirkət olub: “Şirkət təsis olunan zaman (2017-ci il) rəhbəri Rəşad Xalıqov adlı şəxs olub. Bu şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub. Sektor müdiri olan kimi “Duohıve” MMC AQTA-nın informasiya texnologiyaları ilə bağlı keçirdiyi 3 tender müsabiqəsinin qalibi olub. Bəs qanun nə deyir?
“Dövlət Satınalmaları haqqında” Qanunun 13-cü maddəsində açıq şəkildə yazılır ki, satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni “Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub”.
Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni “Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub.
Onu da bildirək ki, 2017-ci ildə “Duohıve” MMC-yə, 2020-ci ildə isə AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektoruna rəhbərlik edən Rəşad Xalıqov “2007-2015 Dövlət Proqramı” çərçivəsində 2007-2012-ci illərdə bakalavriat və 2012-2013-cü illərdə magistratura səviyyələri üzrə Fransada “Université de Franche-Comté Besançon” ali təhsil müəssisəsindən məzun olub. Xalıqov hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-də informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir vəzifəsini icra edir.
Diqqət çəkən məqamlardan biri də odur ki, açıq internet resurslarında “Duohıve” MMC ilə bağlı olan azsaylı məlumatlardan biri AQTA sədri Qoşqar Təhməzlinin qardaşı oğlu Şahbaz Təhməzlinin rəhbərlik etdiyi “İPE Group” MMC-yə məxsus “rahatyasam.az” saytının bu şirkət tərəfindən hazırlamasıdır. //cumhuriyyet.az//
Oxşar Xəbərlər:
Görün, AQTA-nın tenderlərini davamlı udan şirkət kimə bağlıdır - Bəs qanun nə deyir?
Tibbi Sığorta Agentliyindən 11 ay ərzində 20 milyonluq tender udan “ORN GROUP” kimə məxsusdu?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
“Holdinqlər kralı”na məxsus daha 11 şirkət ləğv olunur (SİYAHI)