08 avqust 2023
229
Norveç avqustun 14-dən “Meta”nı gündə 1 milyon kron cərimələməyə başlayacaq
Norveç tənzimləyicisi avqustun 14-dən etibarən “Meta” şirkətini məxfiliyin pozulmasına görə gündə 1 milyon Norveç kronu (98,5 min ABŞ dolları – Qeyd) məbləğində cərimələməyə başlayacaq.
Yenimeydan.info xəbər verir ki, bu barədə Norveç İstifadəçi Məlumatlarının Mühafizəsi Agentliyinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Norveç tənzimləyicisi iyulun 17-də bildirib ki, şirkət aşkar etdiyi məxfilik pozuntularını aradan qaldırmasa, cərimələnəcək.
Cərimə noyabrın 3-dək tutulacaq. Norveç tənzimləyicisi Avropa Məlumatların Mühafizəsi Şurasına sorğu göndərərsə və krallıq orqanlarının qərarını təsdiq edilərsə, cərimə daimi ola bilər.
Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Təhlükəsizlik Şurasına hansı dövlətlər namizəddirlər? - İNCƏLƏMƏ...
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam
Azərbaycan neftinin qiyməti 84 dolları ötdü
155 milyon depoziti olan Azərbaycan bankı 3 ildir ki – ƏMANƏTÇİLƏRİNƏ FAİZ ÖDƏMİR