01 avqust 2023
281
“ATASIĞORTA” MƏHKƏMƏYƏ VERİLDİ… ÖHTƏLİKLƏRİNİ YERİNƏI YETİRMİR
“Atasığorta” öhtəliyini yerinə yetirmədiyi üçün məhkəməyə verilib. Yenimeydan.info-nuın əldə etdiyi məlumata görə, avqust ayı ərzində “Atasığorta”-nın 8 məhkəmə çəkişməsi var. proseslərdən çoxu sığorta şirkətinə qarşı vətəndaşlar tərəfindən qaldırılan iddialardır.
Belə ki, “Atasığorta”ya qarşı İslamova Təranə, Abuşov Gürşad, İbrahimov Elvin, Hacıyev Zülfiqar hər biri ayrı-ayrı vaxtlarda iddia qaldırıb.
Bütün işlərin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr, sığorta ödənişinin ödənilməsi, maddi ziyanın ödənilməsi ilə bağlıdır.


