22 may 2023
125

Deputatın rektoru olduğu universitet məhkəməyə verildi

Eldar Quliyevin rektoru olduğu universitet məhkəməyə verildi
Azərbaycan Kooperasiya Universiteti məhkəməyə verilib.

Yenimeydan.info bildirir ki, 32gun.az-a daxil olan məlumata görə, ali təhsilocağından şikayətçi olan şəxs TAĞIYEV NÜSRƏT ÇİNGİZ oğludur.

Məhkəməyə müraciət edən N.tağıyev univesitetin ona maddi ziyan vurduğunu iddia edib.

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baş tutacaq məhkəmə işinin mahiyyəti Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsindən ibarətdir.

Bildirək ki, adıçəkilə universitetin nizamnamə kapitalı 304 min 215 AZN-dir.

Qeyd edək ki, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Allahyar oğlu Quliyevdir.