28 iyul 2023
296
Ramiz Mehdiyev, Əbülfəs Qarayev və Oqtay Şirəliyev bu Komissiyadan çıxarıldı
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvləri dəyişib.Yenimeydan.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, Komissiyada Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti qismində təmsil olunmuş Ramiz Mehdiyevi Akademiyanın hazırkı prezidenti İsa Həbibbəyli, mədəniyyət naziri kimi təmsil olunmuş Əbülfəs Qarayevi Adil Kərimli, səhiyyə naziri kimi təmsil olunmuş Oqtay Şirəliyevi Teymur Musayev, elm və təhsil naziri kimi təmsil olunmuş Ceyhun Bayramovu Emin Əmrullayev əvəzləyib.
Prezidentin digər Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvlərinin sayı artırılıb.
Komissiyanın üzvləri sırasına Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi əlavə edilib.
Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Mehdiyev qardaşlarını Kəmaləddin Heydərovla nə birləşdirir?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
“AMEA-dakı pul yeyintilərindən şikayətçi olduq, özümüzü həbs etdilər” - Arxeoloqun məhkəməsi

Başlı-başına qalan Bakı səhiyyəsi... - İTTİHAM VAR!