14 iyul 2023
229
Mehdiyev qardaşlarını Kəmaləddin Heydərovla nə birləşdirir?
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyev korrupsiya əməlinə yol verməsi faktına görə vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi başlanıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun imzaladığı 1000/349Ş nömrəli əmrdə deyilir ki, Müvafiq cinayət işi üzrə barəsində xidməti araşdırılma aparılması ilə əlaqədar olaraq, “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 56-cı maddəsinə əsasən əmr edirəm:
“Mehdiyev Arif İbad oğlu Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini vəzifəsindən azad olunsun. Onun informasiya sistemində elektron imzadan istifadəsinə məhdudiyyət qoyulsun”.
Məlumat üçün onu da qeyd edək ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyev korrupsiya əməlini kiçik qardaşı Akif Mehdiyevlə birgə törədib. Belə ki, Akif Mehdiyevin sahibi olduğu “Bayn Trading” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə xarici ölkələrin birindən Azərbaycana gətrilən parça dəyərindən dəfələrlə aşağı qiymətə Arif Mehdiyevin rəis müavini olduğu Qərb Ərazi Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsindən keçilib. İki qardaş əl-ələ verərək külli miqdarda vergini dövlət büdcəsindən yayındırıblar. Arif Mehdiyevin qanunsuz əmirlərini icra edən gömrük əməkdaşları cəzalandırılıblar. Onlar gömrük orqanlarından xaric ediliblər.
Arif Mehdiyevin işbaz qardaşı Akif Mehdiyev də əvvələr gömrük orqanarında işləyib. Əvvələr Yevlax Gömrük İdarəsində işləyən Akif Mehdiyev bir müddət Avtonəqliyyat Gömrük İdarəsinin rəhbərliyində də təmsil olunub.
Mehdiyev qardaşlarının dövlət büdcəsinə külli miqdarda zərbə vuran korrupsiya əməli isə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırılır. Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyev Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin keçmiş müdiri, hazırda Ədliyyə nazirinin müavini olan Eldar Nuriyevin oğlu, Baş prokuror Kamran Əliyevin kürəkənidir. Ona görə də Mehdiyev qardaşları ciddi problemlə üzləşiblər. Çünki, bu dəfə Kəmaləddin Heydərov onlara kömək edə bilməyəcək.Məsələ ondan ibarətdir ki, Arif və Akif Mehdiyev qardaşları gömrük orqanlarına Kəmaləddin Heydərovun himayəsi nəticəsində qəbul olunublar. Kəmaləddin Heydərov DGK-nin sədrliyindən kənarlaşdırılıqdan sonra Akif Mehdiyev yol verdiyi qanunsuzluqlara görə, gömrük orqanlarından xaric edilib. İndi isə iki qardaş dövlət büdcəsinə külli miqdarda ziyan vuran korrupsiya əməli törədiblər. Bu qardaşların gömrük orqanlarına qəbulunun səbəbi isə ataları İbad Mehdiyevin Kəmaləddin Heydərova yaxın şəxslərdən biri olmasıdır. İbad Mehdiyevi, hətta Kəmaləddin Heydərovun sirlərinə bələd bir neçə şəxsdən biri hesab edirlər. İbad Mehdiyevin iki oğlunun gömrük orqanlarına qəbulunu da bu həsas məsələ ilə izah edənlər var. İndi isə İbad Mehdiyevin oğlanlarına Kəmaləddin Heydərov da yardım edə bilmir. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyev bütün təzyiqlərə müqavimət göstərmək imkanına sahibdir. Buna görə də Mehdiyev qardaşları bu dəfə ciddi problemlə üzləşiblər.
Mehdiyev qardaşlarının atası İbad Mehdiyevi fövqəladə hallar naziri Kəmalədin Heydərovla yaxınlığı haqqında növbəti araşdırmada bəhs etməyə çalışacağıq.
Sozcu.info
Oxşar Xəbərlər:
Qanunla notariuslar da ləğv olunub... onun vəzifəsi də... - İLGİNC FAKTLAR
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
İlginc «Azkontrakt» MÜƏMMASI... - NƏ BAŞ VERİR?