25 iyul 2023
165
PUTİN AFRİKAYA TAXIL ZƏMANƏTİ VERDİ
Rusiya-Ukrayna müharibəsində gərginlik artdıqca, Moskva administrasiyasının Qara Dəniz Taxıl Dəhlizi Sazişindən şərti olaraq çıxmasının əks-sədaları davam edir. Yenimeydan.info “Sabah” xəbər agentliyinə istinadən xəbər verir ki, Avropa mətbuatı qlobal ərzaq böhranı riskinin artdığını bildirib.Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinə Ukraynadan ala bilmədikləri taxılı həm kommersiya, həm də pulsuz göndərə biləcəklərinə söz verib.
Afrikanın 25 ölkəsi hər il buğda idxalının üçdə birindən çoxunu Rusiya və Ukraynadan həyata keçirir. Digər tərəfdən, Ukraynanın dünən səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya iki PUA ilə hücum təşkil etdiyi, ölən və yaralanan olmadığı bildirilib. Kiyev administrasiyası hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Oxşar Xəbərlər:
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam
Ərdoğan Qərbə baxır. Putin neyləyəcək - GƏLİŞMƏ
Hayların yeni "hay"ı: Xankəndidə ərzaq qalmayıb - FOTO

Maaş az, qiymət baha: Qazancımız ancaq ərzaq və dərmana çatır – FAKT
Zəngəzur dəhlizi: QAÇILMAZ AQİBƏT... - Ekspert danışır