13 iyul 2023
259
Maaş az, qiymət baha: Qazancımız ancaq ərzaq və dərmana çatır – FAKT
Azərbaycan əhalisi gəlirlərinin böyük hissəsini ərzaq və digər istehlak məhsullarına xərcləyir.Rəsmi rəqəmlərə istinad etsək, əhali gəlirinin təxminən 80-85 faizini ərzaq və digər istehlak məhsullarına, qalan pulu isə vergi və digər ödənişlərə xərcləyir. Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlər isə belədir: 2023-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq 30 milyard 302 milyon 900 min manat və ya hər nəfərə orta hesabla 2 milyon 989 min 100 manat olub.
Bu fonda əhalinin sərəncamında qalan gəlirləri 26 milyard 622 milyon 900 min manat təşkil edib. Dövlət Statistika Komitəsinin digər bir məlumatına görə isə 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,3 milyard manatlıq, o cümlədən 14,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin ötənilki məlumata görə, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,2 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 432,5 manatlıq, o cümlədən 244,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,5 manatlıq qeyri-ərzaq malları alıb.
Yəni Dövlət Statistika Komitəsi də rəsmi olaraq təsdiq edir ki, əhali gəlirlərinin böyük hissəsini məhz ərzaq və qeyri- ərzaq mallarına xərcləyir.
Bəs bunun səbəbi nədir? Əhali olaraq biz yeyib-içməyə meyilliyik, yoxsa qiymətlərin kəskin şəkildə bahalaşması səbəbindən belə bir mənzərə yaranıb? Niyə Azərbaycan əhalisinin xərcinin böyük hissəsi məhz bu istiqamətdə xərclənir?
YeniMeydan.info-nun məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya deyib ki, bunun səbəbi əhalinin gəlirlərinin az, qiymətlərin isə çox yüksək olmasıdır:
“Keçən ilin rəsmi məlumatlarına görə, Azərbaycan əhalisi qazancının 55 faizini ərzaq və dərman preparatlarına xərcləyib. Bu statistikada içki və tütün məhsulları nəzərə alınmayıb. Eyni zamanda, əhali gəlirinin 10 faizindən çoxunu da kommunal xidmətlərə xərcləyib. Bu, çox pis göstəricidir.
Dünyada belə bir indikator var: əhali gəlirlərindən 20 faizindən çoxunu əgər ərzaq məhsullarına xərcləyirsə, bu, artıq yoxsulluq göstəricisi hesab olunur. Bizdə isə başqa indekatorlar var deyə, bu cür hesablanmır. Əgər bu cür hesablansaydı, Azərbaycanda yoxsulluq səviyyəsi kifayət qədər yüksək olardı. Bizdə əhalinin gəlirlərinin böyük hissəsinin ərzağa xərcləməsinin səbəbi sadədir, Azərbaycanda maaşlar az, qiymətlər isə çox bahadır”.
Ekspert əlavə edib ki, hətta Şərqi Avropa ölkələri ilə müqayisə edəndə, bəzi hallarda Azərbaycanda qiymətlər daha baha olur:
“Məsələn, kərə yağı, ət məhsulları və digər gündəlik təlabat mallarına baxanda, Azərbaycan qiymətlər bəzi Şərqi Avropa ölkələrindən də yüksəkdir. Amma Avropa ölkələrində orta aylıq əməkhaqqı Azərbaycandan 4 dəfə, orta aylıq təqaüd 3 dəfə yüksəkdir. Yəni bizdə gəlirlər az, qiymətlər isə bahadır.
Bununla da potensial olaraq əhali rəsmi rəqəmlərə görə gəlirinin yarıdan çoxunu ərzaq və dərman preparatlarına xərcləməyə məcbur olur. Bunun çıxış yolu isə inflyasiya ilə mübarizədir ki, qiymətlər aşağı düşsün, həm də insanların gəlirlərinin artırılmasıdır, bunun üçün də ciddi tədbirlər görülməlidir”.

Oxşar Xəbərlər:
BU NƏDİ BELƏ: Ərzaq qiymətlərinin Azərbaycan standartı... - hər yerdə azalır, bizdə artır
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakıda sotu 2 milyona torpağı kimlər satır, kimlər alır...
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
İlginc «Azkontrakt» MÜƏMMASI... - NƏ BAŞ VERİR?