16 fevral 2023
366
Azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirildi
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.Yenimeydan.info Report-a istinadən xəbər verir ki, cənazələri Heydər Əliyev Beynəlxalq Hava Limanında mərhumların yaxınları qarşılayıb.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Oxşar Xəbərlər:

Azərbaycanlı tələbələrin meyitləri nə zaman təhvil veriləcək?

Türkiyədə zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı həlak olub – RƏSMİ

Hatayda hər iki binadan biri çöküb – Nazir

TƏHSİL EKSPERTİNDƏN NAZİRLİYƏ AĞIR İTTİHAMLAR… ELM VƏ TƏHSİL NAZİRLİYİNİ YIXIB SÜRÜDÜ…

SÖZÜN BİTDİYİ AN… ZƏLZƏLƏDƏN SONRA MƏZARLIQDAN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR