15 fevral 2023
290
TƏHSİL EKSPERTİNDƏN NAZİRLİYƏ AĞIR İTTİHAMLAR… ELM VƏ TƏHSİL NAZİRLİYİNİ YIXIB SÜRÜDÜ…
Dəvəsi ölmüş ərəb, bu ifadə hər kəsə tanışdır. Bu gün Elm və Təhsil Nazirliyi bu vəziyyətdədir. Kimin ürəyi nə qanunsuzluq, özbaşınalıq istəyir, edir.YeniMeydan.info xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov yazıb. O bildirib ki, Elm və Təhsil nazirliyinin pul yemək və silmək üçün özünün yaratdığı bir neçə təşkilat-QHT var:
“Onlardan biri də Gənc Müəllimlər Assosiasiyası – AGMA-dır.
Elm və Təhsil Nazirliyi hər elan etdiyi qrant müsabiqələrində bu təşkilata ən çox və böyük məbləğdə pul verir. Nəticədə isə hansısa məktəbdə resurs, vəsait xərcləmədən tədbir keçirib dövlət büdcəsinin vəsaitini göyə sovururlar.
Bundan əlavə, öz İctimai Şurasının üzvü, katibi təyin etdiyi bu QHT necə onun fəaliyyətini şəffaf monitorinq edəcək?
İndi də bütün qanunvericilik aktlarına hörmətsizlik edərək bu təşkilat məktəblərə məktub yazıb, onlara ərizə yazdırır.
Görün, Elm və Təhsil Nazirliyində nə qədər özbaşınalıq, yiyəsizlik hökm sürür ki, heç bir icazə prosesi olmadan, bu təşkilat bunu edir”.
K.Əsədov bildirib ki, nazirlikdə dərəbəylik adi hala çevrilib:
“Biz müəllimlərin əmək haqqının artırılması ilə, müəllimlərin problemləri ilə bağlı bir dəfə bu təşkilatın fəaliyyətini görmədik.
Bu təşkilat fake profillər yaradıb Elm və Təhsil Nazirliyinin xoşuna gəlməyən yazılara hücum etmək, hürmək məqsədi daşıyır”.

Oxşar Xəbərlər: