05 fevral 2023
210
Hulusi Akar: “Azərbaycan Ordusunun modernləşdirilməsi və təchizatı üzərində işləyirik”
“Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək. Azərbaycan tək deyil. Möhtərəm Prezidentlərimizin (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan – Red) çəkdiyi çərçivədə biz Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi və təchizatı üzərində işləyirik”. YeniMeydan.info xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.Onun sözlərinə görə, Zəngəzur dəhlizi və ondan keçəcək dəmir və avtomobil yolları region üçün iqtisadi, sosial həyat və təhlükəsizlik baxımından çox dəyərlidir:
“Ermənistan tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzaddığı sülh əlini tutmaq vacibdir. Başqalarından təsirlənərək xəyal qurmağın mənası yoxdur. Gəlin faktlara baxaq. Ağlabatan şərtlərlə müqavilə bağlayaq, sülhü, sabitliyi təmin edək, rahat, dinc yaşayaq. Biz Ermənistandan bu fürsətdən istifadə etməsini istəyirik”.

Oxşar Xəbərlər:
“Yaxın 3-4 ildə TANAP-ın həcmi iki dəfə artırılacaq” Fatih Dönməz
İKİBAŞLI OYNAYAN ERMƏNİSTAN… ERMƏNİSTANIN QƏRBƏ UYDURDUĞU YENİ NAĞIL…
İlginc «Azkontrakt» MÜƏMMASI... - NƏ BAŞ VERİR?
Vətən müharibəsindən sonra 282 nəfər azərbaycanlı mina qurbanı olub
Turan İttifaqını formalaşdırmaq tarixin diqtəsidir - İNCƏLƏMƏ...