05 fevral 2023
101

Azərbaycanlı güləşçi iranlıya qalib gələrək çempion oldu

Xorvatiyada keçirilən güləş üzrə reytinq xarakterli “Zagreb Open” turniri sona yaxınlaşır.                                                     YeniMeydan.info xəbər verir ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb. Bunlardan Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.
O, finalda iranlı Arif Hüseyn Məhəmmədiyə 7:2 hesabı ilə qalib gəlib.