25 yanvar 2023
230

AMERİKALI SENATOR: “TÜRKİYƏYƏ F-16 SATILMASIN”

Yunanıstana yaxın mövqeyi ilə tanınan amerikalı senator Bob Menendes Türkiyə əleyhinə açıqlamaları ilə növbəti dəfə gündəmə gəlib.Yenimeydan.info Türkiyə mediasına istinadən xəbər verir ki, Menendez ABŞ-ın Türkiyəyə F-16 satmasına qarşı olduğunu bildirib. O, ABŞ Dövlət Departamentini Yunanıstan və Türkiyə arasında sülhməramlı vasitələrə əl atmasını tənqid edib:
“Mən satışın əleyhinəyəm. Əgər Bayden administrasiyası mənim mövqeyimdən Türkiyəyə qarşı mövqeyini dəyişmək üçün təzyiq vasitəsi kimi istifadə edirsə, hətta bu müsbət haldır”.
Türkiyənin təcavüzkar olduğunu iddia edən amerikalı senator Yunanıstanın Türkiyənin suverenliyini təhdid etmədiyini bildirib:
“Yunanıstan Türkiyənin ərazi sularını və hava məkanını pozmur. Ona görə də hər iki tərəfə təkliflər vermək düzgün deyil. Bu münasibət dəyişməlidir”.