22 yanvar 2026
39
Anardan Zahid Sarıtorpağın istefasına reaksiya: “Özü bilər, xoş getdi”
“Gedib özü bilər, xoş getdi. Gedənə “yaxşı yol” deyərlər”.Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev yazıçı-şair Zahid Sarıtorpağın qurumdan istefasına münasibət bildirərkən deyib.Sədr AYB üzvünün istefasının səbəbini bilmədiyini bildirib:
“Özündən soruşun. Ərizə verirlər, baxırıq, layiq olanlar sıralarımıza qəbul olunur. Kimsə çıxmaq istəsə, deyirik xoş gəldin. Çıxmaq istəyib, lap yaxşı, özü bilər, xoş getdi”.
Anar Rzayev AYB-dən istefalara reaksiyası belə olub: “Elə bilməsinlər ki, Yazıçılar Birliyi bununla nəsə itirir, əsla”.
Qeyd edək ki, yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən istefa verib. O bildirib ki, AYB üzvlüyündən istefa verməsi qurumun ondan tələb etdiyi üzvlük haqqı ilə bağlı deyil:
“37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram”
Oxşar Xəbərlər:

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“Qaçqınkomun” işçilərini boşatdırıb, onlara qaçqın evi verən Sədr

Gövhər Həsən-zadə:”Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub”
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Partyaların üzv yoxlanışı: Kimləri və niyə narahat edir? - AKTUAL