05 dekabr 2025
13
Ekspertlərdən Əmrullayevə SƏRT sözlər: “Bəs 4 saat dəsr deyəni müəllim hesab etmirdin?”
Dərs demək üçün hər gün Bakıdan Xankəndiyə gedən, axşam yenidən Bakıya qayıdan müəllimənin bu fədakarlığını alqışlayan və onunla fəxr etdiyi deyən, bunnla bağlı yazılan statusda sosial şəbəkə istifadəçilərinin suallarını cavablandıran Elm və təhsil naziri Emin Əmrullayev bu dəfə ekspertlər tərəfindən tənqid edilir.Tribuna xəbər verir ki, təhsil üzrə ekspert Elşən Qafarov nazirin etdiyi hərəkətlərdə səmimi olmadığını hesab edir. Ekspert bildirib ki, naziri dərsin keyfiyyəti, müəllimin sağlamlığı yox, etdiyi fədkarlıq maraqlandırır:“Gənc xanım müəllimin 400 km yol gedib, 2 saat dərs deyib, yenidən 400 km geri qayıtması ilə fəxr edəcək qədər ” səmimi” nazirimiz var.
400 km yol gedən mütəxəssis, o 5-6 saatlıq yol yorğunluğundan sonra auditoriyada hansı keyfətlə tədris edəcək bu suala kim cavab verəcək?
Lap deyək ki, öz seçimidi, bəs tədrisin keyfiyyəti…
Bir də axı heç 4 saat dərs deyənə biz müəllim demirdik, nə oldu?”.
Ali təhsil üzrə eksper, dosent İlham Əhmədov isə hesab edir ki, nazirin sosial şəbəkədə yazdıqlarını o özü deyil ya katibəsi, ya da köməkçisi yazır:
“Təhsilin yüzlərlə problemləri qalıb kənarda. Amma bir qrup jurnalist və FB istifadəçiləri nazirin katibəsi ya da köməkçisi hansısa statusa rəy yazıb, bunu gündəmə çeviriblər.
Əmrullayev və ətrafı yaxşı bilir ki, bu ölkədə ən çox narazılıq məhz təhsil sahəsindəndir, yəni onun fəaliyyətindəndir.
Narazılığın çoxu da son 5 ildə, onun nazirliyi dövründə yaranıb. Problemlərin də heç biri həll edilmir, əksinə günbəgün artmaqdadır.
Onlar da, bu asan yolla xalqı az da olsa, razı salmaq istəyirlər.
Təhsilin köklü problemləri həll edilmir, sadəcə köməkçisi sosial şəbəkədə kiməsə cavab verir, nə isə yazır, əvəzində az qala onu milli qəhrəman səviyyəsinə qaldırmağa kimlərsə cəhd edir.
Bu durum “bəy mənimlə söhbət etdi” , kimi el məsəlinə bənzəyir lap. Nazirin öz sözü ilə desək, bu hay-küydən başqa bir şey deyil.
Həftədə 2 dəfə Xankəndidə dərs deməyə gedən və həmən gün də geri dönən müəlliməyə nazirin köməkçisi şərh yazır, bu şərhi tez reklam edirlər, amma deyən yoxdur ki, niyə bu ölkədə 20 ildir distant təhsilə icazə vermirlər?
Bu müəllimə niyə dərsini onlayn demir?
Niyə bu qədər zəhmətə və resurs itkisinə zəmin yaradılır?
Amma kim kimə hansı mesajı yazmasından asılı olmayaraq, valideynlər yenə də hər ay 500-1000 manat repetitorlara pul səpir, müəllimlər onlara qarşı edilən haqsızlıqlardan narazıdırlar, təhsildə illərlə yığılıb qalan bir çox ciddi problemlər hələ də həll edilmir, yerində qalır, nazir də öz işindədir, PR da davam edir.
Amma az adam deyir və yazır ki, bu nazirin bir çox hallarda sözü və əməli tam ziddiyyət təşkil edir.
Bundan böyük nöqsan ola bilərmi?”.
Gülşən Rəsul
Oxşar Xəbərlər:

"Onun təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün 8 il vaxt lazımdır" - ETİRAZ

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

GDU-DƏ İŞLƏR NİYƏ TAM TƏRSİNƏ GEDİR?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!