24 iyul 2025
83
Xanhüseyn Kazımlının ölüm səbəbi bilindi
Sabiq deputat Xanhüseyn Kazımlının ölümünün səbəbi bilinib.Yenimeydan.info Musavat.com-a istinadən xəbər verir ki, X.Kazımlı uzun müddət imiş ki, Parkinson xəstəliyindən əziyyət çəkirmiş.
O, xəstəliyi ilə bağlı müalicə alırmış və bundan öncə də bir neçə dəfə vəziyyəti kritikləşibmiş. Dünən axşam saat 8 radələrindən sabiq millət vəkilinin vəziyyəti yenidən pisləşib.
Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, beş çağırış Milli Məclisin deputatı idi.
Onun 5 övladı var. Xanhüseyn Kazımlı Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun atasıdır.
