17 iyun 2025
51
Dövlət qurumunda işə düzəltmək adı ilə dələduzluq etməkdə şübhəli bilinən qadın məsuliyyətə cəlb edilib- FOTO
Dövlət qurumunda işə düzəltmək adı ilə 11 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın məsuliyyətə cəlb edilib.
Yenimeydan.info xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədova saxlanılıb.
Belə ki, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..

Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar

Prezident əfv sərəncamı imzaladı – SİYAHI