15 dekabr 2025
10

Mənsimov şirkətini Şeyxin oğluna satıb?

    “Hələ 3 il əvvəl yazmışdım ki, Mübariz Mənsimova məxsus ARMADA VOYAGER SİX gəmiçilik şirkəti 2017-ci ildə öz səhmlərini Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin Maltada adına qeydiyyatda olan MP TRADE SHIPPING LIMITED şirkətinə keçirib”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib.
O bildirib ki, ARMADA VOYAGER SİX Mərkəzi Amerikada, Karib dənizindəki Sent-Kits və Nevis ada dövlətində qeydiyyatdadır. “Eyni adla Türkiyədə də fəaliyyət göstərir və Palmali şirkətlər qrupuna daxildir”.
Fərda Uğur