16 dekabr 2025
11

Antiinhisar Agentliyinin satınalma departamentinin daha iki əməkdaşı işdən çıxdı

   Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin dövlət satınalmalarının təhlili departamentinin daha iki əməkdaşı vəzifəsindən ayrılıb. Departamentdə baş məsləhətçi olaraq çalışan Əmral Qayıbov və böyük məsləhətçi olaraq çalışan İmleyla Ağazadə işdən çıxıb.Qeyd edək ki, bundan bir neçə gün öncə həmin departamentin rəhbəri Elşən Həsənov və Agentliyin sədrinin müşaviri Əhməd Həsənov də vəzifələrindən ayrılıblar.
Məlumat üçün deyək ki, Ə.Həsənov sədrin müşaviri olmazdan əvvəl, yəni bu ilin mart ayına qədər qurumun dövlət satınalmalarına nəzarət departamentinin rəhbəri, E.Həsənov isə onun müavini olub. Ə.Həsənov müşavir təyin edildikdən sonra E.Həsənov dövlət satınalmalarının təhlili departamentinin rəhbəri vəzifəsinə təyinat alıb.
 
APA