16 dekabr 2025
5
Səbail rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verdi? Gündəm
Xəbər verdiyimiz kimi, bundan 10 ay əvvəl Səbail rayonunun 20-ci sahə, Oqtay Daşdəmirov küçəsi 64 ünvanında yaşayan sakinin apardığı qanunsuz və dağılma riski olan tikinti işləri çoxsaylı şikayətlər əsasında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılmışdı.Lakin Patrul.az-a daxil olan yeni məlumata görə, aradan 10 ay keçməsinə baxmayaraq, sözügedən ünvanda tikinti işlərinə yenidən başlanılıb.
Sözügedən tikintinin ətrafında yaşayan qonşular sakinin həmin tikinti işlərini yenidən başlatdığını bildiriblər.
Məsələ barəsində redaksiyamıza müraciət edən şikayətçi tikintinin təhlükəli tərəflərindən danışarkən bildirir ki, 64 ünvanında yaşayan sakin tikinti zamanı həm ərazidə mövcud olan ağacların kəsilməsi, həm də oradan keçən kanalizasiya xətlərinə müdaxilə olunmasını planlaşdırır.
Onun sözlərinə görə, həmin şəxs qonşularının etirazlarına baxmayaraq, tikintini davam etdirir və bununla da onların təhlükəsizliyini risk altına atır:
“Səbail rayonu, Oqtay Daşdəmirov küçəsində aparılan bu qanunsuz tikinti ilə bağlı 10 ay əvvəl Patrul.az-a müraciət etdik və məsələ işıqlandırıldı. Aidiyyatı qurumlar tərəfindən tədbir görüldü, söküntü aparıldı. Lakin tikinti materiallarının bir hissəsi ərazidə qaldığı üçün həmin şəxs tikilinin yan hissəsindən yenidən işlərə başlayıb və bu proses artıq bir aydan çoxdur ki, davam edir. Tikinti aparılan sahədə ağac mövcuddur və onun kəsilməsi planlaşdırılır. Bundan başqa, ərazidən kanalizasiya xətti keçir. Şəxs bildirir ki, guya bu xətlərin çıxarılmasına icazə verilib.
Ağır yük maşınları tez-tez həmin ərazidən keçdiyi üçün tikili daha da zədələnir və onsuz da təhlükəli vəziyyətdə olan tikinti hər an uçma riski yaradır. Məhəllədə uşaqlar oynayır, insanlar hərəkət edir və bu vəziyyət real təhlükə mənbəyinə çevrilib. Üstəlik, həmin şəxs qonşulara hədə-qorxu gəlir, müxtəlif nüfuzlu şəxslərin adını çəkərək təzyiq göstərməyə çalışır. Biz aidiyyatı qurumlardan xahiş edirik ki, tikinti tamamilə sökülsün, qalan materiallar ərazidən yığışdırılsın və məsələ ilə bağlı ciddi tədbirlər görülsün. Mövcud vəziyyət çəkilmiş görüntülərdə də açıq şəkildə əks olunur”, – deyə qonşu sakin bildirib.(Patrul.az)
VİDEO LİNKDƏ: https://xalq.online/sebail-rayonunda-bu-qanunsuz-tikintiye-hansi-memur-icaze-verdi
Oxşar Xəbərlər:

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...

Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi -DE-FAKTO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT