16 dekabr 2025
6
Məhbəs həyatı yaşayan müharibə iştirakçılarının amnistiya ilə azad edilməsi təqdirəlayiqdir - Cəlil Xəlilov

"Konstitusiya və Suverenlik İli" münasibətilə elan ediləcək amnistiya Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyərdir.
Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.
“Təbii ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə belə bir amnistiyanın elan edilməsi hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir.
Sözügedən amnistiyada diqqət çəkən ən mühüm nüans isə ağır cinayət törədən şəxslər istisna olmaqla, Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak edən hazırkı məhkumların cəzadan tam azad edilməsi ilə bağlıdır. Bu, Müzəffər Ali Baş Komandanın vətənin müdafiəçilərinə, torpaqlarmızın erməni faşizmindən azad edilməsində iştirak edən şəxslərə olan həssas və ehtiram dolu münasibətini əks etdirir. Vətən müahribəsi və antiterror əməliyyatlarında iştirak edən məhkumların cəzadan tam azad edilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti, onun Prezidenti müharibə iştirakçılarını nəinki unutmur, qanunu pozan, öz əməli ilə öz azadlığını məhdudlaşdıran veteranlara da dəstək vermək, onların yenidən normal həyata qayıtmasını təmin etmək üçün bütün gərəkli addımları atır.
Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından cənab Prezidentə öz minnətdarlığımı bildirir, bu nəcib, xeyirxah təşəbbüsü alqışlayıram. Ümid edirəm ki, amnistiyadan yararlanan bütün vətəndaşlarımız kimi qazilərimiz də, bundan sonrakı həyatlarında qanunlara hörmətlə yanaşacaq, bir daha onları məhbəsə aparan hər hansı əmələ yol verməyəcəklər”, - deyə o bildirib.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Liderlər İlham Əliyevi təbrik edir

Prezident əfv sərəncamı imzaladı – SİYAHI