16 dekabr 2025
11

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

     Təhsil eksperti Elşən Qafarov Elm və təhsil naziri Emin Əmrullayevin yalanını üzə çıxarıb. Ekspert naziri verdiyi müsahibədə dediyi sözlərə görə yalançı və komik artist adlandırıb.
Tribuna.az xəbər verir ki, E.Qafarov nazirin “Real TV”-yə müsahibəsi verdiyi müsahibəni paylaşaraq bu sözləri yazıb:
“Xatırlayırsınızsa pandemiyadan sonra, son vaxtlaradək bar-bağırırdı ki, online təhsil təhsilin keyfiyyətini aşağı saldı, biz pandemiya dövründə, online təhsil dövründə vurulmuş zərərləri aradan qaldırmağa çalışırıq. İndi deyir ki, orta məktəblərin bir hissəsi online təhsilə keçəcək.
Ölkədə az qala hər gün məktəblərin bağlandığı bir dövrdə indi də bağlanmaqla yanaşı online tədrisə keçid azkomplektli məktəbləri gözləyir.
Məlumat üçün bildirim ki, elə nazirin özü İTV-yə verdiyi müsahibəsində bildirmişdi ki, ölkədə 1241 məktəb azkomplektlidir ( şagird sayı 100-dən aşağıdır). Şagird sayı 30-a dək olan məktəblərin sayı 94, 30-60 şagirdi olan məktəblərin sayı 402, şagird sayı 60-100 olan məktəblərin sayı isə 455-dir.
Bəlkə də dünyada 200 dən artıq dövlətlərin təhsil nazirləri arasında unikal şəxdir ki, məktəblərin bağlanması ilə fəxr edir və necə də təbəssümlə (sanki “missiyasını” yerinə yetirmiş kimi) baş verənləri izah edir”.
Gülşən Rəsul