15 dekabr 2025
10
Kəramət nazirliyin ona verdiyi 4500 manatdan danışdı: “Büdcəni talayanlar qalıb…”
İndi illərlə dövlət büdcəsini inək kimi sağanlar qalıb qıraqda, cəmiyyət Mədəniyyət nazirliyinin mənim kitabıma verdiyi 3600 manatı müzakirə edir.Yenimeydan.info xəbər verir ki, bu sözləri yazıçı Kəramət Böyükçöl Mədəniyyət Nazirliyinin ondan 4500 manatlıq kitab almasına görə tənqid edilməsinə cavab olaraq bildirib. Kəramət bildirib ki, nazirlik pulu ona havayı vermir, kitablarını alır:
“Mədəniyyət Nazirliyi müxtəlif nəşriyyatlardan və müəlliflərdən hər il kitablar alır. Məsələn, elə nəşriyyat var ki, ondan 100 min manatlıq, 80, 50 min manatlıq kitab alıblar. Elə yazıçılar var ki, onlardan 10 min manatlıq kitab alıblar. Eləsi var ki, 8 min, 7, 5, 4 min manatlıq kitab alıblar. Allahın Bəhram Bağırzadəsindən 9 min 500 manatlıq kitab alıblar. Məndən isə 4500 manatlıq kitab alıblar. Daha dəqiqi, Mədəniyyət Nazirliyi müxtəlif kitabxanalara paylamaq üçün siyasətə qarışmayan “Səkkizinci gün” və “Əlqəmə” romanlarımın hərəsindən 150 ədəd alıb. Bu da 4500 manat edir. Onun da 900 manatını vergiyə ödəyəcəm. Yerdə 3600 manat qalır.
Yəni nazirlik mənə havayı pul verməyib e, kitabımı alıb.
İkincisi, o siyahıda nə qədər yazıçıların, nəşriyyatların, naşirlərin adı var. Amma bütün saytlar başlığa mənim və atamın adını çıxarır. Çünki bu məsələni cəmiyyətə başqa cür maraqlı eləmək mümkün deyil.
İndi illərlə dövlət büdcəsini inək kimi sağanlar qalıb qıraqda, cəmiyyət Mədəniyyət nazirliyinin mənim kitabıma verdiyi 3600 manatı müzakirə edir”.
Gülşən Rəsul
Oxşar Xəbərlər:

Nazirlik bu kitabı yasaqladı, naşirdən etiraz

Maliyyə narahatlığı:Gözə görünməyən qatildən necə xilas olaq?

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Gövhər Həsən-zadə:”Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub”

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat