06 aprel 2025
21
İsrail Türkiyənin götürdüyü bazanı vurdu - Nə baş verir?

“Hazırda Türkiyə ilə İsrail arasında birbaşa silahlı qarşıdurma ehtimalı olduqca aşağıdır. Yalnız təsadüfi bir hadisə, ya da səhv nəticəsində belə bir vəziyyət yarana bilər, amma bu da çox zəif ehtimaldır. Çünki İsrailin Türkiyə ilə hərbi baxımdan rəqabət aparmaq üçün kifayət qədər gücü yoxdur”, - Güclüər vurğulayıb.
Ekspert qeyd edib ki, Türkiyənin Suriyada İsrailə qarşı strateji balans yaratmaq üçün istifadə edə biləcəyi çoxlu vasitə mövcuddur. Hazırda Ankara İsrailin aqressiv davranışlarını önləmək üçün siyasi zəmin formalaşdırır və bu prosesi ABŞ ilə birlikdə aparır:
“Artıq ABŞ da İsrailin bütün tələblərini əvvəlki kimi qəbul etmir. Çünki böyük strateji planda Suriya əsas hədəf deyil – əsas diqqət daha şərqdəki məsələlərə, o cümlədən Orta Şərqə və İrana yönəlib”.
Ekspertin fikrincə, ABŞ-ın bu strategiyası çərçivəsində Türkiyə də siyasi zəmin yaradaraq Suriyadakı vəziyyətin bu ölkənin öz gücü ilə həll olunmasına çalışır:
“Bunlar asan işlər deyil, amma texniki baxımdan İsrailin Türkiyəni və onun bölgədəki varlığını təsirsiz hala gətirməsi çox çətin məsələdir. Hazırda Suriyada örtülü bir müharibə gedir. Suriya ilə İsrail sərhədi arasında İsrailin dürziləri qaldırmağa cəhd etməsi, Dərada yerli əhalinin buna reaksiya verməsi və Tartus–Lazkiyə xəttində baş verən üsyan cəhdi bunun bariz nümunələridir. Həmçinin Fəratın şərqindəki PKK varlığına qarşı Türkiyənin təzyiqləri də davam edir. Türk kəşfiyyatı və milli güc strukturları bölgədə aktiv fəaliyyət göstərir”. (Axar.az)

Oxşar Xəbərlər:

Türkiyə və İsrail arasında:Azərbaycan körpü ola biləcəkmi?

Türkiyə Qərbin və Rusiyanın Ukrayna planını pozur:Kreml-Ankara münasibətləri kəskinləşir

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI