20 aprel 2026
9
ABŞ Oman körfəzində İrana məxsus gəmini vurdu
ABŞ Prezidenti Donald Tramp blokadanı pozmağa çalışan, İran bayrağı altında üzən gəminin vurulduğunu və ələ keçirildiyini açıqlayıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə o, özünün “Truth” sosial şəbəkə hesabında məlumat verib.
Bildirib ki, təxminən 270 metr uzunluğunda olan İran bayrağı altında üzən TOUSKA yük gəmisi dəniz blokadasını pozmağa cəhd edib, lakin bu cəhd onlar üçün yaxşı nəticələnməyib.
“ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində TOUSKA-nı ələ keçirib. İran heyəti xəbərdarlığa qulaq asmaqdan imtina etdikdə, dəniz gəmimiz mühərrik otağına zərbə endirib gəmini dayandırdı”, - deyə Tramp əlavə edib.
Oxşar Xəbərlər:

ABŞ HƏR AN İRANI VURA BİLƏR –Trampdan ard-arda sərt bəyanatlar

ABŞ-İran danışıqları:həll, yoxsa xəyanət?

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər