20 aprel 2026
8
Leysan Məmmədovun “BİR MƏNBƏ” OYUNU
Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən publik hüquqi şəxs tərəfindən elan edilən tender ətrafında ciddi suallar yaranıb. Tenderin qalibi kimi “ERA DESIGN GROUP” MMC-nin seçilməsi - 65 726 manatlıq və Ağdam rayonu ərazisində yerləşən Qərvənd kəndinin və Füzuli rayonu ərazisində yerləşən Qaraxanbəyli kəndinin xarici su suvarma sisteminin tikintisinin layihələndirilməsi müqavilənin-136.880 manatlıq birbaşa bağlanması açıq şəkildə qanunvericiliyin ruhuna və tələblərinə zidd görünür.Məlumata görə, müqavilə Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində yol yatağına düşən elektrik xətlərinin kənarlaşdırılması üzrə layihələndirmə və Ağdam rayonu ərazisində yerləşən Qərvənd kəndinin və Füzuli rayonu ərazisində yerləşən Qaraxanbəyli kəndinin xarici su suvarma sisteminin tikintisinin layihələndirilməsi işlərini əhatə edir. Lakin bu iş üzrə açıq tender prosedurunun keçirilməməsi və bir mənbədən satınalma metoduna əl atılması ciddi şübhələr doğurur. Mediatvaz.com xəbər verir ki,Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, məxfi məlumatlarla bağlı hallar istisna olmaqla, bütün satınalmalar yalnız elektron portal üzərindən həyata keçirilməlidir. Eyni zamanda, 49-cu maddə bir mənbədən satınalmanın yalnız istisna hallarda – alternativin olmadığı, təcili vəziyyət yarandığı və ya fövqəladə hallar baş verdiyi zaman tətbiq oluna biləcəyini açıq şəkildə göstərir. Bu halda isə nə fövqəladə vəziyyət var, nə alternativsiz layihə, nə də izah olunan təcili ehtiyac. Bəs onda bu “birbaşa müqavilə” hansı əsasla bağlanıb? Görünən odur ki, qanunun tələbləri ya məqsədli şəkildə gözardı edilib, ya da ümumiyyətlə nəzərə alınmayıb.Daha diqqətçəkən məqam isə odur ki,Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədov daha əvvəl də müxtəlif maliyyə pozuntularında gündəmə gəlib.Belə ki, ümumi dəyəri 25 milyon manatı keçən üç böyük dövlət müqaviləsinin “Platin” MMC-yə verilməsi ciddi suallar doğurmuşdu.
Rəsmi sənədlərdə şirkətin rəhbəri kimi İsfəndiyar Məmmədov göstərilsə də, iddialara görə real idarəetmə tamam başqa ünvanı göstərir. Bildirilir ki, bu milyonluq layihələrin arxasında duran əsas fiqur qurum rəhbərinin oğlu – Elnur Məmmədov hesab olunur. Bu isə artıq sadəcə şübhəli tender deyil – açıq şəkildə “ailə podratı” modelinin qurulması deməkdir. Dövlət vəsaitinin eyni çevrədə cəmlənməsi, formal rəhbərlərin arxasında gizlənən real şəxslərin olması isə korrupsiya risklərini daha da artırır.Ortada milyonlarla manatlıq vəsait, eyni adların təkrarlandığı müqavilələr və qapalı şəkildə idarə olunan bir şəbəkə var. Sual isə dəyişmir: bu pullar doğrudanmı dövlət üçün xərclənir, yoxsa müəyyən ailə dairəsinin nəzarətində bölüşdürülür? Bu isə məsələnin təkcə bir müqavilə ilə məhdudlaşmadığını, daha geniş sistemli problemlərin mövcud ola biləcəyini deməyə əsas verir.Əgər dövlət vəsaiti bu cür “seçilmiş” şirkətlər arasında bölüşdürülürsə, bu artıq sadəcə qanun pozuntusu deyil –müvafiq qanunlara meydan oxumaqdır.Aidiyyəti qurumlar susduqca isə suallar daha da artır: bu qərarın arxasında kim dayanır və niyə qanun yalnız kağız üzərində qalır?
Qarşı tərəfin cavab haqını tanıyırıq
Mediatvaz.com
Oxşar Xəbərlər:


