20 aprel 2026
8
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
"Təzə gələn gedənin atasına rəhmət oxutdurur" deyimi bu gün Naxçıvanda tam gücü ilə qüvvədədir. "DİA-AZ" bildirir ki, bunu elə son günlər Naxçıvan Muxtar Respublikasının hazırda idarə etməkdə olan Prezidentin xüsusi nümayəndəsi Ceyhun Cəlilovdan narazılıqların artması faktı da təsdiqləyir.Belə ki, yeni rəhbərliyin yarıtmazlığından gileylənən Naxçıvan sakinləri köhnə rəhbərliyi hətta öyməyə belə başlayıblar. Vasif Talıbovun dönəmi bir yana, hətta Fuad Nəcəfli belə artıq xoş sözlərlə yada salınır.
Bu barədə yazan Yamən İbrahimli adlı MR sakini bildirir: "Fuad Nəcəfliyə məktub yazırdıq köməkliyi dəyməsə də, ən azından məktublarımıza cavab verirdi. Ceyhun Cəlilova məktub yazırıq, nəinki problemimizin həll olunmasına köməklik edir.. heç məktublarımıza da cavab vermir..."
Hər halda bu kimi faktlar Naxçıvanı hal-hazırda idarə edənləri narahat etməlidir. Əks halda dövlətin gərəkən qurumları onları narahat etməli olacaq...
Oxşar Xəbərlər:

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI